Ana Sayfa > Karusel / Hadisə > İsmayıllıda leysan yağışları uçquna səbəb olub, yol bağlanıb

İsmayıllıda leysan yağışları uçquna səbəb olub, yol bağlanıb


9-05-2022, 10:42. Yazar: Admin

İsmayıllıda leysan yağışları uçquna səbəb olub, yol bağlanıb

İsmayıllı rayonunda böyük ərazidə yenidən torpaq uçqunu baş verib.

Qarabaginfo.az xəbər verir ki, son günlər yağan güclü leysan yağışları səbəbindən İsmayıllı-Lahıc-Dəmirçi-Şamaxı avtomobil yolunun keçdiyi Niyaldağ silsiləsində, Lahıc qəsəbəsi ərazisində növbəti dəfə torpaq uçqunu baş verib.

Bu gün səhər saatlarında sel zamanı hündür dağlardan gələn qalın lil qatı, torpaq, daş və ağac parçaları avtomobil yoluna tökülüb, təxminən 15 metr uzunluqda yolun üst qatı bağlanıb, nəqliyyat vasitələrinin hərəkəti dayanıb.

Yolun təmizlənməsi üçün əraziyə ağır texnika və işçi qüvvəsi cəlb edilib.

Hazırda yağışın yağması səbəbindən torpaq uçqunu davam edir. Əraziyə gələn mütəxəssislər Lahıc və ətrafdakı kəndlərin sakinlərinin İsmayıllı şəhərinə gediş-gəlişi üçün alternativ olaraq Dəmirçi-Şamaxı-Muğanlı-İsmayıllı yolundan istifadə etmələrini tövsiyə edir.

Həmçinin, torpaq uçqunu nəticəsində yol kənarındakı bir neçə elektrik dirəyi aşıb, naqillər qırılıb, Lahıc qəsəbəsinə və ətrafdakı kəndlərə elektrik enerjisinin verilişi dayanıb.

Qeyd edək ki, son bir ayda İsmayıllı rayonuna yağan qar və yağış səbəbindən Lahıc yolunda tez-tez torpaq sürüşmələri baş verib, yol bir neçə dəfə bağlanıb.


Geri dön