Ana Sayfa > Karusel / İqtisadiyyat >  Kür çayında suyun səviyyəsi artıb

 Kür çayında suyun səviyyəsi artıb


9-05-2022, 09:15. Yazar: Admin

Kür çayında suyun səviyyəsi artdı: SƏBƏBİ BUDUR - FOTO

 

Kür çayında suyun səviyyəsi artıb.

Qarabaginfo.az xəbər verir ki, son günlər havaların qeyri-sabit keçməsi Kür çayına da öz təsirini göstərib. Xüsusilə bu, çayın Salyan rayonu ərazisindən keçən hissəsində daha çox müşahidə olunur. Belə ki, aprelin 30-dan bu günə kimi Kürdə suyun səviyyəsi 1,5 metr qalxıb.

Su səviyyəsinin artımı Kür boyu quraşdırılmış su nasos stansiyalarının məhsuldar işləməsinə də şərait yaradıb. Bir müddət bundan öncə əkin sahələrinin suvarılmasında çətinliklər vardısa, artıq bütün bunlar geridə qalıb.

Mütəxəssislərin fikrincə, bundan sonra da Kür çayında suyun artımı müşahidə olunacaq.

Oxu.az - Boz çöllərə həyat bəxş edən Kür can verir - FOTOREPORTAJ


Geri dön