Ana Sayfa > Karusel / Gündəm > Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb

Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb


9-05-2022, 01:12. Yazar: Admin

Jurnalist Aytən Məmmədova hücuma məruz qalıb

Jurnalist Aytən Məmmədovaya bıçaqla hücum olub.

Qarabaginfo.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 9 mikrorayonda baş verib.

Aytən Məmmədovaya yaşadığı binanın blokunda hücum edilib. Onun arxasınca liftə girən bir nəfər bıçağı boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə hədələyib, yazmamasını tələb edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, faktla bağlı məlumat daxil olub və araşdırmalara başlanılıb.


Geri dön