Ana Sayfa > Karusel / Gündəm > Emrelinin ehtiyatda qaldığı oyunda "Dinamo" böyükhesablı qələbə qazanıb
Emrelinin ehtiyatda qaldığı oyunda "Dinamo" böyükhesablı qələbə qazanıb9-05-2022, 00:05. Yazar: Admin |
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiya I Liqasında növbəti oyununu keçirib. Qarabaginfo.az-ın məlumatına görə, paytaxt təmsilçisi XXXVI turda "Osyek"i qəbul edib. Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yelunlaşıb. Emreli sifariş əzirəsinə salınsa da, ehtiyatda qalıb. "Dinamo"dan qolları 34-cü dəqiqədə Mislav Orşiç, 60-cı dəqidədə Dario Şpikiç və 81-ci dəqiqədə Luka Menalo vurublar. Bu qələbədən sonra xallarını 73-ə çatdıran zaqreblilər liderliyini möhkəmlədib. Komanda sona 2 tur qalmış ən yaxın izləyicisi "Hayduk"u 4 xal qabaqlayır. 65 xalı olan "Osyek" isə 3-cü pillədə qərarlaşıb. Geri dön |