Ana Sayfa > Karusel / Gündəm > "Sabah" iki legionerin agenti ilə danışıqlara başlayıb

"Sabah" iki legionerin agenti ilə danışıqlara başlayıb


8-05-2022, 21:10. Yazar: Admin

"Sabah" Ukrayna klublarından icarəyə götürdüyü Aleksey Kaşuk və Lukas Rangeli növbəti mövsümdə də heyətində saxlamaq istəyir.

Qarabaginfo.az-ın məlumatına görə, bu barədə paytaxt təmsilçisinin baş məşqçisi Murad Musayev açıqlama verib.

Rusiyalı mütəxəssis bildirib ki, artıq oyunçuların nümayəndələri ilə danışıqlara başlanıb: "Hər ikisi komandanı, Azərbaycanı sevir. Amma bu, kifayət qədər çətin prosesdir. Çünki Kaşuk Donetsk "Şaxtyor"una məxsusdur. Amma başqa komandada çıxış edir. Hələlik danışıqlar gedir, konkret bir şey yoxdur".

Qeyd edək ki, Aleksey Kaşuk son olaraq "Mariopul"da, Lukas Rangel isə "Vorskla"da çıxış edib. Hər iki futbolçu Ukraynadakı müharibəyə görə "Sabah"a keçib. Onların klubla cari mövsümün sonunadək müqavilələri var.


Geri dön