Ana Sayfa > Karusel / Gündəm > Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib

Şəhriyar Məmmədyarov növbəti dəfə heç-heçə edib


8-05-2022, 19:44. Yazar: Admin

Xəbərlər - Publika.az

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdəki "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirib.

Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın dördüncü turunda ağ fiqurlarla Boqdan Danyel-Dayakla (Rumıniya) üz-üzə gəlib. Tərəflər 40-cı gedişdə sülhə razılaşıblar.

Məmmədyarov ilk turda Uesli Soya (ABŞ) uduzub, ikinci və üçüncü qarşılaşmasında isə müvafiq olaraq, Riçard Rapport (Macarıstan) və Maksim Vaşye-Laqravla (Fransa) heç-heçə edib.

Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.

Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.


Geri dön