Ana Sayfa > Karusel / Gündəm > Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb
Avropa Kuboku: Azərbaycanın daha bir cüdoçusu bürünc medal qazanıb8-05-2022, 19:06. Yazar: Admin |
Azərbaycanın qadın cüdoçusu Südabə Ağayeva Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən Avropa Kubokunda bürünc medal qazanıb. Qarabaginfo.az-ın məlumatına görə, 70 kq çəki dərəcəsində ardıcıl olaraq Keti-Cemayma Yeyts-Braun (Böyük Britaniya) və Femke De Brüynə (Belçika) qalib gələn idmançı yarımfinalda Amihay Şeykdə (İsrail) uduzub. 3-cü yer uğrunda qarşılaşmada isə Nika Korendən (Sloveniya) üstün olan Ağayevə bürünc medala sahib çıxıb. Bu çəkidəki digər Azərbaycan təmsilçisi Günel Həsənli təsəlliverici görüşdə məhz Korenə uduzaraq, medalsız qalıb. 78 kq-da yer alan Aytəkin Paşazadə isə startdaca Amber Velandla (Niderland) bacarmayıb. Qeyd edək ki, yarışın ilk günündə Aytac Qardaşxanlı (63 kq) üçüncü yeri tutub. Geri dön |