Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb


8-05-2022, 19:00. Yazar: Admin

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 3 308 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən xəbərə görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 300, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 305, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 2 409, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 294 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 669 883, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 341 971, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 842 230, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 244 010, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 241 672 nəfər təşkil edir.


Geri dön