Ana Sayfa > Karusel / Region > Putin Qələbə Günü münasibəti ilə Azərbaycan və Ukrayna xalqlarını təbrik edib
Putin Qələbə Günü münasibəti ilə Azərbaycan və Ukrayna xalqlarını təbrik edib8-05-2022, 15:32. Yazar: Admin |
Rusiya Prezidenti Vladimir Putin Faşizm üzərində Qələbə Günü münasibəti ilə Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan liderlərini, eləcə də Gürcüstan və Ukrayna xalqlarını təbrik edib. Qarabaginfo.az xəbər verir ki, Rusiya Prezidenti təbrikində xüsusi olaraq qeyd edib ki, bu gün biz saysız-hesabsız qurbanlar və məşəqqətlər bahasına nasizmi darmadağın etmiş döyüşçülərə hörmət və ehtiramlarımızı bildiririk. Putin təbrik məktubunda bildirib ki, bu gün ümumi vəzifə müxtəlif ölkələrdən olan insanlara bu qədər iztirab gətirən nasizmin dirçəlişinin qarşısını almaqdır: “Müharibə illərində baş verən hadisələrlə bağlı həqiqətləri, ümumi mənəvi dəyərləri və qardaşlıq dostluğu ənənələrini qoruyub saxlamaq və gələcək nəsillərə çatdırmaq lazımdır”. Bundan əlavə, Rusiya Prezidenti Böyük Vətən Müharibəsi veteranlarına və Ukrayna vətəndaşlarına ünvanladığı müraciətdə Böyük Vətən müharibəsində məğlub olanların ideoloji varislərindən qisas alınmasının yolverilməzliyini vurğulayıb. Geri dön |