Ana Sayfa > Karusel / Region > Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub
Rusiyanın Xəzər regionundan atdığı raketlər Ukrayna tərəfindən vurulub8-05-2022, 07:07. Yazar: Admin |
Ukrayna qırıcıları son sutka ərzində Rusiyanın 14 hava hədəfini vurub. Qarabaginfo.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Hərbi Hava Qüvvələri Komandanlığı “Telegram”da məlumat yayıb. “73 günlük qəhrəmancasına qarşıdurma. Rusiya Xəzər regionundan "Tu-95MS" və ya "Tu-160" strateji bombardmançı təyyarələrinin 10-a yaxın qanadlı raketləri ilə Ukrayna ərazisinə raket hücumu həyata keçirib. Hədəflər hava hücumundan müdafiə qüvvələri tərfindən məhv edilib”, - deyə məlumatda qeyd olunub. Həmçinin bildirilib ki, Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri bir Mi-28N helikopteri, yeddi "Orlan-10" PUA, iki "Forpost" PUA, iki qanadlı raketi vurub. Məlumatda qeyd olunur ki, bir gündə 14 hava hədəfi vurulub. Geri dön |