Ana Sayfa > Karusel / Dünya > NATO-nun keçmiş rəhbəri İsveç və Finlandiyanı Alyansa qoşulmağa çağırıb
NATO-nun keçmiş rəhbəri İsveç və Finlandiyanı Alyansa qoşulmağa çağırıb8-05-2022, 07:02. Yazar: Admin |
Rusiya Ukraynada hərbi əməliyyatla məşğul olduğu bir vaxtda İsveç və Finlandiya NATO-ya daxil olmaq planlarını həyata keçirməlidir. Qarabaginfo.az xəbər verir ki, bunu Alyansın keçmiş baş katibi Anders Foq Rasmussen “CNBC“ telekanalına müsahibəsində deyib. “Finlandiya və İsveçə gəlincə, mənə elə gəlir ki, bu ölkələr Rusiyanın əməliyyatlara başı qarışdığı bir vaxtda Alyansa qoşula bilər”, - deyə diplomat bildirib. Rasmussenin sözlərinə görə, bu ölkələrin müraciəti təsdiq olunarsa, Alyansa qoşulma proseduru bir neçə ay çəkəcək. Çünki sənəd NATO-ya üzv olan 30 ölkənin parlamentində ratifikasiya olunmalıdır. Xatırladaq ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirmişdi ki, Rusiyanın NATO-nun genişlənməsinə qarşı çıxmas Finlandiya və İsveçin ittifaqa daxil olmasına mane yarada bilməz. Geri dön |