Ana Sayfa > Karusel / Dünya > Nazirlik: İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının sərgilənməsi protokola uyğundur

Nazirlik: İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının sərgilənməsi protokola uyğundur


7-05-2022, 18:45. Yazar: Admin

Nazirlik: İkitərəfli görüşdə BMT və Maldiv bayraqlarının sərgilənməsi protokola uyğundur

"Azərbaycan Respublikasının mədəniyyət naziri Anar Kərimov ABŞ-a səfəri çərçivəsində Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 76-cı sessiyasının prezidenti Abdullah Şahidlə görüşüb. İkitərəfli görüşün keçirildiyi otaqda BMT-nin və Maldiv Respublikasının dövlət bayraqlarının sərgilənməsi protokol qaydalarına tam uyğundur".

Qarabahinfo.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, 2021-ci ildə Maldiv Respublikasının nümayəndəsi Abdulla Şahid BMT-nin Baş Assambleyasının 76-cı sessiyasının sədri seçilib: “BMT Baş Assambleyasında sədrliyi həyata keçirən ölkə BMT bayrağı ilə yanaşı öz dövlətinin bayrağını Prezidentin ofisində sərgiləyir”.


Geri dön