Ana Sayfa > Karusel / Cəmiyyət > Güclü külək Cəlilabadda fəsadlar törədib, bir sıra kəndlər işıqsız qalıb

Güclü külək Cəlilabadda fəsadlar törədib, bir sıra kəndlər işıqsız qalıb


7-05-2022, 15:31. Yazar: Admin

Güclü külək Xaçmaz rayonunda fəsadlar törədib - "İki sahil"

Cəlilabadda güclü külək kəndləri işıqsız qoyub.

Qarabaginfo.az xəbər verir ki, Cəlilabad rayonunda ötən gecədən başlayan güclü külək hələ də davam edir.

Nəticədə köhnə Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində yol kənarında 4 ədəd ağac kökündən qoparaq aşıb.

Bundan başqa Cəlilabadın elektrik təsərrüfatlarına da ziyan dəyib. Belə ki, rayonun Məmmədrzalı, Boyxanlı, Qarakazımlı, Sarxanlı, Kazımabad, Maşlıq, Muğan və Söyüdlü kəndlərində istismar müddəti başa çatmış elektrik naqilləri qırılıb. Nəticədə sözügedən kəndlər işıqsız qalıb.

Hazırda həmin kəndlərə elektik enerjisinin verilməsi istiqamətində işlər aparılır.(Report)


Geri dön