Əfqanıstanda hakimiyyəti ələ keçirərkən qadınların hüquqlarını qoruyacağını vəd edən və özünün müasir obrazını yaratmağa çalışan Taliban, qadınların azadlığını məhdudlaşdırmaq üçün qərarlar verməkdə davam edir.
Qarabaginfo.az xarici KİV-ə istinadən xəbər verir ki, iyulun 15-də Əfqanıstanda hakimiyyəti bərpa edən Taliban yeni fərmanla qadınların çöldə üzlərini örtməsini məcbur edib.
Qadınlara təzyiqləri artıran Taliban, üz və bədəni tamamilə örtən burkanın əfqan qadınları üçün ən uyğun paltar olduğunu müdafiə edib.
Zorakılığın Təşviqi və Qarşısının Alınması Nazirliyinin sözçüsü bu gün səhər Kabildə keçirdiyi mətbuat konfransında yeni fərmanı açıqlayıb. Taliban rəsmisi bildirib ki, qadınlar çöldə üzlərini örtməsələr, onların kişi qohumları həbs ediləcək və ya dövlət işlərindən qovulacaq. Ölkədə qadınların kişi qohumları olmadan evdən çıxmasına da məhdudiyyətlər qoyulub.
Qeyd edək ki, Burka 1996-2001-ci illərdə Talibanın ilk hakimiyyəti dövründə qadınların zülmünün simvoluna çevrildi. Ölkədə qadınların çoxu dini səbəblərdən başlarını örtsələr də, xüsusilə şəhərlərdə üzü örtmək adəti çox da yayılmayıb.