Ana Sayfa > Karusel / Region > NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"

NATO-nun Baş katibi: "Artıq Ukraynaya müasir silahlar verilməlidir"


7-05-2022, 11:31. Yazar: Admin

NATO-nun baş katibi Rusiyanı hədələdi: “Bunun bədəli ağır olacaq...” » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

NATO yaxın həftələrdə Ukraynada müharibənin daha da genişlənəcəyini gözləyir.

Qarabaginfo.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq “Velt am Sonntaq” qəzetinə müsahibəsində deyib.

Onun sözlərinə görə, Ukraynaya silah tədarükü davam edəcək: “Kiyev uzunmüddətli perspektivdə özünü yalnız sovet dövründən qalmış silahlarla müdafiə edə bilməz. Artıq Ukraynaya müasir silahlar verilməlidir”.

Y.Stoltenberq həmçinin Ukraynada nüvə silahının tətbiqi ilə bağlı Kremlə xəbərdarlıq edib: “Bizim mesajımız birmənalıdır. Nüvə silahından istifadə nəticəsində hər iki tərəf uduzacaq. Nüvə müharibəsi qələbəyə səbəb ola bilməz".


Geri dön