Ana Sayfa > Karusel / Dünya > Şri-Lankada etirazlarla bağlı fövqəladə vəziyyət elan edilib
Şri-Lankada etirazlarla bağlı fövqəladə vəziyyət elan edilib7-05-2022, 09:01. Yazar: Admin |
Şri-Lanka Prezidenti Qotabaya Rajapaksa ölkədə fövqəladə vəziyyət elan edib. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Reuters” hökumətin bəyanatına istinadən məlumat yayıb. Qərara əsasən mayın 7-də yerli vaxtla saat 00:00-dan etibarən fövqəladə vəziyyət elan edilir. Qərar ictimai təhlükəsizlik maraqlarına uyğun qəbul olunub. Bu addım ölkədəki ağır iqtisadi böhranla əlaqədar Prezidentin və bütün hökumətin istefası tələbi ilə keçirilən etiraz aksiyalarından sonra atılıb. Bundan əvvəl aprelin 1-də adada fövqəladə vəziyyət elan edib. Aprelin 5-də isə rejim ləğv olunub. Geri dön |