Ana Sayfa > Karusel / Gündəm > Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verib"
Səfir: "Azərbaycan Avropanın enerji təhlükəsizliyinə həmişə töhfə verib"6-05-2022, 23:15. Yazar: Admin |
"Azərbaycan həmişə Avropanın enerji təhlükəsizliyinə töhfə verib. Biz Avropanı əmiyyətli həcmdə qazla təmin edirik və gələcəkdə bunun daha uzunmüddətli əməkdaşlığa çevrilməsini istəyirik". Qarabaginfo.az-ın xəbərinə görə, bunu Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov "Sky News" kanalına deyib. O bildirib ki, Azərbaycanın qaz istesalını artırmaq və Avropada enerji təhlükəsizliyinə daha geniş töhfə vermək imkanları böyükdür. Azərbaycan Bolqarıstan da daxil olmaqla bəzi Balkan ölkələrinə qaz tədarükünü artırır. Diplomat müsahibəsində Azərbaycan və Ermənistan arasındakı münasibətlərə də toxunub. O bildirib ki, iki ölkə arasında münasibətlər sülh danışıqlarında nəticəyə gəlinmək yolunda ilərləyir. Səfir qeyd edib ki, rəsmi Bakı Ukrayna-Rusiya münaqişəsinin diplomatik həll yolunun tərəfdarıdır. Geri dön |