Ana Sayfa > Karusel / Gündəm > Polşanın xarici işlər naziri İrana səfər edəcək

Polşanın xarici işlər naziri İrana səfər edəcək


6-05-2022, 22:34. Yazar: Admin

 Polşanın xarici işlər naziri İrana səfər edəcək

Polşanın xarici işlər naziri Zbiqnyev Rau İrana səfər edəcək.

Qarabaginfo.az-ın məlumatına görə, bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə deyib.

Onun sözlərinə görə, 2 günlük səfər çərçivəsində diplomat iranlı həmkarı Hüseyn Əmirabdullahiyan və digər İran rəsmiləri ilə görüşəcək. Görüşlərdə ikitərəfli əlaqələrin inkişafı, regional və beynəlxalq məsələlər müzakirə olunacaq. Z.Raunun polşalı qaçqınların İrana gəlişinin 80-cı ildönümü mərasimində iştirak edəcəyi gözlənilir.

S.Xətibzadə səfərin dəqiq tarixini açıqlamayıb.


Geri dön