Ana Sayfa > Karusel / Gündəm > Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib
Ukraynada çətin vəziyyətdə qalan 9 azərbaycanlı vətənə gətirilib6-05-2022, 18:23. Yazar: Admin |
Ukraynada çətin vəziyyətdə qalan soydaşlarımız vətənə gətirilib. Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib ki, Ukraynada yaranmış vəziyyətlə əlaqədar olaraq ölkəni tərk etmək məcburiyyətində qalan 9 nəfər soydaşımız Xerson vilayətindən Rusiya paytaxtına gətirilib, oradan isə Azərbaycan təxliyə olunublar. Təxliyə edilənlərdən 2-si Ukrayna, 7-si Azərbaycan vətəndaşıdır. Onlar Moskvadan Bakıya təyyarə reysi ilə yola salınıb. Soydaşlarımızın müharibə və humanitar böhran bölgəsindən çıxarılması və ölkəmizə gətirilməsi Azərbaycan dövlətinin hesabına həyata keçirilib. Geri dön |