Ana Sayfa > Karusel / Sosial > Ağdam-Bərdə dəmir yolu gələn ilin sonunadək hazır olacaq

Ağdam-Bərdə dəmir yolu gələn ilin sonunadək hazır olacaq


6-05-2022, 17:49. Yazar: Admin

Ağdam-Bərdə dəmir yolu gələn ilin sonunadək hazır olacaq

Ağdam-Bərdə dəmir yolu xəttinin çəkilişi gələn ilin sonunadək yekunlaşacaq.

Bu barədə Azərbaycan Dəmir Yolları mətbuat xidmətinin rəisi Natavan Bayramova jurnalistlərə bildirib. Yeni çəkilən dəmir yolu xəttinin ox üzrə uzunluğu 47,1 km-dir. Dəmir yolu xəttində tikinti işləri iki mərhələdə həyata keçirilir. I mərhələ Bərdə, Köçərli və Təzəkənd stansiyalarını əhatə etməklə 20.78 km, II mərhələ Təzəkənd və Ağdam stansiyalarını əhatə etməklə 26.32 km təşkil edir. Artıq Dəmir Yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.

Natavan Bayramova onu da bildirib ki, layihə çərçivəsində Bərdə, Köçərli, Təzəkənd və Ağdam stansiyalarının, 3 ədəd körpü, 1 ədəd yolötürücü, 23 ədəd avtomobil yolu ilə eyni səviyyədə kəsişmənin, 47,1 km rabitə və işarəvermə sisteminin və 127-yə yaxın süni mühəndis qurğusunun tikintisi planlaşdırılır. Süni mühəndis qurğusuna 3 ədəd körpü, 1 ədəd yolötürücü, 2 ədəd heyvan keçidi, 88 ədəd suötürücü boru və 33 ədəd ehtiyat keçidi daxildir.

O da bildirilib ki, Dəmir yolu xəttinin tikintisi minatəmizləmə prosesinə paralel aparılır və indiyədək 13 km ərazi minalardan təmizlənib, 5 km ərazi üçün ANAMA tərəfindən sertifikat təqdim edilib. Hazırda sözügüdən ərazidə də 39-cu kilometrə qədər 15-16-cı kilometr məsafədə torpaq işləri, daşınma işləri karxanadan materialların daşınması işləri, karxanaya 6 metr yolun çəkilməsi işləri təmin edilib. Həmçinin, tikinti-quraşdırma işlərinin I mərhələsində torpaq işləri, suni qurğular və dəmir yolunun üst quruluşu elementləri 100% həcmində tamamlanıb. Bu mərhələdə işlərin ümumi icra vəziyyəti 79% təşkil edir. II mərhələdə də torpaq işləri 18%, süni qurğular 12%, dəmir yolunun üst quruluşu elementləri isə 9% həcmində yerinə yetirilib. Bu mərhələnin ümumi icra vəziyyəti 8%-dir. Ərazidə rabitə və işarəvermə sisteminin tikinti-quraşdırma işlərinə başlanılıb.

Qeyd edək ki, Bərdə-Ağdam dəmir yolu xəttinin layihələndirilməsi və tikintisi işlərinə Prezident İlham Əliyevin 2020-ci il 24 noyabr tarixli Sərəncamına əsasən start verilib. Dəmir yolu xəttində tikinti işlərinin 44 faizi yerinə yetirilib. Layihənin 2023-cü ildə yekunlaşdırılması nəzərdə tutulur.


Geri dön