Ana Sayfa > Karusel / Region > “Moskva”dan sonra “Admiral Makarov” da VURULDU
“Moskva”dan sonra “Admiral Makarov” da VURULDU6-05-2022, 16:31. Yazar: Admin |
Rusiya ilə Ukrayna arasındakı müharibə həm də dənizdə şiddətli qarşıdurmalarla davam edir.
Qarabaginfo.az xəbər verir ki, Ukrayna "Moskva" kreyserindən sonra Rusiyanın daha bir gəmisini hədəf aldığını açıqlayıb.
Ukrayna tərəfinin yaydığı məlumata görə, Qara dənizdə Rusiyanın “Admiral Makarov” gəmisi vurulub.
Ukraynalı deputat Oleksiy Qonçarenko Telegram səhifəsində “Admiral Makarov”un “Neptun” gəmi əleyhinə raketlə vurulduğunu bildirib.
Rusiya rəsmiləri hələlik mövzu ilə bağlı açıqlama verməyib.
Xatırladaq ki, 510 nəfərlik ekipajı olmuş "Moskva" krayseri Rusiyanın Qara Dəniz Donanmasının flaqmanı idi. O İkinci Dünya Müharibəsindən sonra döyüşlərdə batmış ən böyük Rusiya hərbi gəmisidir. ABŞ gəminin aprelin 14-də "Neptun" raketləri ilə vurulduqdan sonra batdığını açıqlayıb. Rusiya isə bu iddiaları indiyədək təsdiqləməyib.
Onu da bildirək ki, 1983-cü ildə istismara verilən "Moskva" raket kreyseri 700 km mənzilə malik 16 ədəd "Vulkan" qanadlı raketlərlə silahlanmışdı.(Modern.az) Geri dön |