Ana Sayfa > Karusel / Region > "Azov" alayı: "Rusiya təxliyə zamanı atəşkəs rejimini pozub"
"Azov" alayı: "Rusiya təxliyə zamanı atəşkəs rejimini pozub"6-05-2022, 16:25. Yazar: Admin |
“Atəşkəs rejimi zamanı “Azovstal” zavodunun ərazisində rusiyalılar tankəleyhinə sistemlərdən istifadə edərək bir avtomobili vurublar. Bu avtomobil mülki şəxsləri zavoddan çıxarmaq üçün onlara doğru hərəkət edirdi”. Qarabaginfo.az xəbər verir ki, bu barədə “Azovstal” zavodunda dinc sakinlərlə birgə mühasirədə qalan “Azov” alayı teleqramda məlumat yayıb. Bildirilib ki, atəş nəticəsində “Azov”un bir döyüşçüsü həlak olub, 6-sı yaralanıb: “Düşmən bütün razılaşmaları pozmaqda davam edir və mülki əhalinin təxliyəsi zamanı təhlükəsizlik təminatlarına əməl etmir”. Geri dön |