Ana Sayfa > Karusel > Ağdərədəki qəzada azərbaycanlı olub? - Fotolar

Ağdərədəki qəzada azərbaycanlı olub? - Fotolar


6-05-2022, 14:24. Yazar: Admin

Ağdərədəki qəzada azərbaycanlı olub?

Ağdərə ərazisində yük avtomobili və taksinin iştirakı ilə qəza qeydə alınıb.

Qarabaginfo.az xəbər verir ki, bu barədə məlumatı “Sputnik Ermənistan” yayıb.

Qeyd olunur ki, taksini bir erməni idarə edirmiş.

Məlumata görə, qəza yol dar olduğuna görə baş verib, nəticədə taksi dərəyə yuvarlanıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Erməni mediası yük avtomobilinin sükanı arxasında azərbaycanlının olduğuna dair iddia irəli sürsə də, bununla bağlı hər hansı tutarlı fakt ortaya qoymayıb.

 

 


Geri dön