Ana Sayfa > Karusel / Gündəm > “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılır

“Əmək müqaviləsi bildirişi” altsisteminə giriş məhdudlaşdırılır


6-05-2022, 13:37. Yazar: Admin

Ölkəmizdə əmək münasibətlərində innovativ dəyişiklikəri nəzərdə tutan “Əmək və Məşğulluq“ altsisteminə (ƏMAS) keçidlə əlaqədar “Əmək müqaviləsi bildirişi” altsisteminə giriş 7 may saat 11:00-dan 9 may saat 22:00-dək məhdudlaşdırılacaq.

 

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (ƏƏSMN) Qarabaqinfo.az-a verilən məlumatda bildirilib.

 

“Əmək müqaviləsi bildirişi” altsisteminə dair məlumatların ƏMAS-a miqrasiyası prosesi başa çatdırıldıqdan sonra, növbəti həftənin ilk iş günündən, mayın 10-dan ƏMAS işəgötürən və işçilərin istifadəsinə veriləcək.

 

Əmək münasibətlərinə aid digər prosedurlar kimi, əmək müqavilələrinin bağlanılması, onlara dəyişiklik edilməsi və ya  xitam verilməsi də artıq ƏMAS platforması üzərindən olmaqla e-qaydada həyata keçiriləcək.


Geri dön