Ana Sayfa > Karusel / Gündəm > İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb - SİYAHI
İcbari tibbi sığortaya qoşulan özəl xəstəxanaların sayı artıb - SİYAHI6-05-2022, 13:08. Yazar: Admin |
Vətəndaşların Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərə əlçatanlığını yüksəltmək məqsədilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqavilə bağladığı özəl tibb müəssisələrinin sayı 56-ya qədər artırılıb. Bu barədə Qarabaginfo.az-a Dövlət Agentliyindən məlumat verilib. Qeyd edək ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara 2550 sayda tibbi xidmət göstərilir. Həmin tibbi xidmətlərdən vətəndaşlar “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində istifadə edə bilərlər. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinə göndəriş verilir. Vətəndaş verilən göndəriş vərəqəsi əsasında özəl tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Vətəndaş göndəriş vərəqəsi olmadan özəl tibb müəssisələrinə birbaşa müraciət etdikdə isə tibbi xidmətdən öz vəsaiti hesabına yararlanır. Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı, ünvan və əlaqə nömrələri Agentliyin rəsmi internet səhifəsində ( ) yerləşdirilib: 1. Bakı Sağlamlıq Mərkəzi 2. Mərkəzi Klinik Xəstəxana 3. Caspian International Hospital 4. Respublika Diaqnostika Mərkəzi 5. Gəncə Müalicə-Diaqnostika Mərkəzi 6. Gəncə Beynəlxalq Xəstəxanası 7. Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası 8. Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsi 9. Zəfəran hospital 10. EGE Hospital 11. Sumqayıt Hospital 12. Avrasiya Hospital 13. Xüsusi Müalicə Sağlamlıq Kompleksi 14. Leyla Medical Center 15. Badam Medical Center 16. Lor Hospital 17. Məlhəm Beynəlxalq Hospital 18. “OKİ” Özəl Tibbi Müalicəxanası (Qusar rayonu) 19. Oksigen Klinik Xəstəxanası 20. Diaqnoz Tibb Mərkəzi 21. Baku City Hospital 22. Mediland Hospital 23. Medera Hospital 24. Stimul Hospital 25. Medistyle Hospital 26. Batıgöz Medical Plaza 27. Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikası 28. İstanbul NS klinikası 29. Olimp Hospital 30. Kəpəz Hospital 31.Salam Doktor 32. Bioloji Təbabət Klinikası (Masallı rayonu) 33. Real Hospital 34. Turan Hospital 35. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Mərkəzi filial) 36. Dünyagöz 37. Regional Hospital (Mingəçevir şəhəri) 38. Səhhət Azərbaycan-Almaniya Klinikası 39. Spero Hospital (Dobromed) 40. Milan Hospital 41. Referans Qəbələ Tibb Mərkəzi 42. Celamig Göz Klinikası 43. Referans Klinik Laboratoriya Mərkəzi & Poliklinik (Əhmədli filiallı) 44. Funda Hospital 45. Fonus Eşitmə Mərkəzi 46. Bona Dea Beynəlxalq Hospital 47. Unikal Klinika (Sumqayıt şəhəri) 48. İstanbul Klinika 49. Liman Klinika (Sumqayıt şəhəri) 50. Briz-L Göz Klinikası 51. MasMedical Center Referans (Masallı rayonu) 52. Premium Clinic 53. Bakı Göz Klinikası 55. Asmed Klinikası 55. Amana Clinic 56. DİN Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalı Qeyd edək ki, özəl tibb müəssisələrinin sayı mütəmadi olaraq yenilənir. Geri dön |