Bu ilin yanvar-aprel ayları ərzində “Azəriqaz” İstehsalat Birliyinin paylayıcı şəbəkəsində qaz itkilərinin azalma həcmi 88 milyon kubmetr olub.
Qarabaginfo.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün media və QHT nümayəndələri üçün keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, bu, ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 8,3 % azdır.