Ana Sayfa > Karusel / Gündəm > DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib


6-05-2022, 11:41. Yazar: Admin

DİN və Penitensiar Xidmət birgə əməliyyat keçirib

 

Penitensiar Xidmətinin əməliyyat aparatı tərəfindən Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin və Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları ilə birgə əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Qarabaginfo.az-ın Penitensiar Xidmətə istinadən məlumatına görə, Oğuz rayonunun Bucaq kəndində yolun kənarında meşəlik ərazidə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd əl qumbarası və 78 ədəd 7.62 mm-lik avtomat güllələri aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.


Geri dön