Ana Sayfa > Karusel / Mədəniyyət > Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olunub

Rasim Balayev xəstəxanaya yerləşdirilib, yenidən əməliyyat olunub


6-05-2022, 10:56. Yazar: Admin

Azərbaycanın Xalq artisti, məşhur aktyor Rasim Balayevin səhhətində problemlər yaranıb.

Qarabaginfo.az-ın xəbərinə görə, bunu “Report”a açıqlamasında Xalq artisti özü bildirib.

O deyib ki, hazırda xəstəxanada müalicə alır. “Ötən gün əməliyyat olundum. Mədəmdə polip vardı, həkimlər onu götürdülər. Hazırda yaxşıyam. Bu gün son yoxlanışlardan keçib, evə buraxılacam”.

Qeyd edək ki, R.Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olub. Xalq artisti iki ay əvvəl səhhətində yaranan narahatlığa görə, uroloji əməliyyat olmuşdu.


Geri dön