Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti görüşünü keçirəcək.
Qarabaginfo.az-ın məlumatına görə, 37 yaşlı qrossmeyster dairəvi sistemlə təşkil olunan yarışın ikinci turunda Macarıstandan olan Riçard Rapportla üz-üzə gələcək.
Məmmədyarov ilk turda ABŞ təmsilçisi Uesli Soya məğlub olub. Mayın 14-dək davam edəcək yarışın ümumi mükafat fondu 350 000 ABŞ dollarıdır.
Qeyd edək ki, ötən il baş tutmuş "Superbet Chess Classic" turnirinin qalibi Şəhriyar Məmmədyarov olub.