Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205
Ana Sayfa > Karusel / Region > Almaniyanın xarici işlər naziri Kiyevə gedəcək
Almaniyanın xarici işlər naziri Kiyevə gedəcək6-05-2022, 06:50. Yazar: Admin |
Almaniya xarici işlər naziri Annalena Berbok yaxın vaxtlarda Ukraynaya səfər edəcək. Qarabaginfo.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə kansler Olaf Şolts bildirib. Şolts Almaniya prezidenti Frank-Valter Ştaynmayerlə ukraynalı həmkarı Vladimir Zelenski arasında telefon danışığını da müsbət qiymətləndirib. “Biz danışıqların nəticəsi kimi xarici işlər nazirinin yaxın gələcəkdə Ukraynaya səfər etməsinə qərar verdik”, - deyə Şolts bildirib. Mayın 5-də Zelenski Ştaynmayerlə telefon danışığı aparıb. Bildirilib ki, tərəflər gələcək əməkdaşlığa diqqəti yönəltmək üçün keçmişi geridə qoymağa razılaşıblar. Geri dön |