Ana Sayfa > Karusel / Dünya > Niderlandda koronavirusa yoluxanların sayı 18 000-i ötdü

Niderlandda koronavirusa yoluxanların sayı 18 000-i ötdü


6-04-2020, 16:38. Yazar: Admin

 

Niderlandda daha 952 nəfərə koronavirus diaqnozu qoyulub.

Qarabaginfo.az xəbər verir ki, bunu ölkənin Milli Səhiyyə Qurumu açıqlayıb.

Məlumata görə, krallıqda qeydə alınmış koronavirusa yoluxma hallarının sayı 18 803 nəfər çatıb.

Bildirilir ki, ötən sutkada ölkə ərazisində 101 nəfər virusun qurbanı olub. Beləliklə, Niderlandda koronavirusdan ölənlərin sayı 1 867-yə yüksəlib. 

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 208 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 1 287 000-i ötüb. Bunların 271 882 nəfəri sağalıb, 70 529 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib. “Report”


Geri dön