Deprecated: Array and string offset access syntax with curly braces is deprecated in /home4/webmediaxeb7/public_html/qarabaginfo.az/engine/classes/templates.class.php on line 205 DataLife Engine > Yazdırılabilir versiyon > Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə edib
Ana Sayfa > Karusel / Siyasət > Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə edib

Ərdoğan Makronla Ukraynadakı vəziyyəti müzakirə edib


5-05-2022, 22:19. Yazar: Admin

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron

Türkiyə Prezident Rəcəb Tayyib Ərdoğan ilə Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Danışıq zamanı Türkiyə-Fransa münasibətlərinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və regional məsələlər, o cümlədən Rusiya-Ukrayna müharibəsi müzakirə edilib.

Türkiyə Prezidenti Emmanuel Makronu yenidən Fransa prezidenti seçilməsi münasibətilə təbrik edib və seçki nəticələrinin bu ölkə üçün faydalı olmasını arzulayıb.

Prezident Ərdoğan Türkiyə olaraq Ukraynadakı müharibəni diplomatiya yolu ilə bitirmək üçün hər cür səy göstərdiklərini ifadə edərək, danışıqlar prosesinə dəstək vermənin vacib olduğunu bildirib.


Geri dön