Ana Sayfa > Karusel / Gündəm > Ərdoğan Malayziya kralı ilə Rohinca müsəlmanlarının vəziyyətini müzakirə edib

Ərdoğan Malayziya kralı ilə Rohinca müsəlmanlarının vəziyyətini müzakirə edib


5-05-2022, 22:08. Yazar: Admin

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Malayziya Kralı Sultan Abdullah Riyatuddin Əl-Mustafa Billah Şah ilə telefon danışığı aparıb.

Qarabaginfo.az-ın verdiyi xəbərə görə, bu barədə Türkiyə Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı regional məsələlər, o cümlədən Türkiyə-Malayziya əlaqələrinin yaxşılaşdırılması istiqamətində atılan addımlar və Rohinca müsəlmanlarının vəziyyəti müzakirə edilib.


Geri dön