Ana Sayfa > Karusel / Gündəm > Conson və Zelenski Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər
Conson və Zelenski Ukraynaya uzaqmənzilli silahların tədarükünü müzakirə ediblər5-05-2022, 20:41. Yazar: Admin |
Böyük Britaniyanın Baş naziri Boris Conson və Ukrayna Prezidenti Volodimir Zelenski Kiyevə daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər. Qarabaginfo.az TASS-a istinadən xəbər verir ki, bu barədə iki siyasətçi arasında telefon danışığından sonra Böyük Britaniya hökuməti başçısı ofisinin yaydığı məlumatda deyilir. “Liderlər döyüş meydanında baş verənləri və Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarını, o cümlədən dinc əhalinin bombalanmasının qarşısını almaq üçün daha uzaqmənzilli silahların tədarükü məsələsini müzakirə ediblər”, - kommünikedə deyilir. Conson və Zelenski, həmçinin günahkarların məcburi qaydada məsuliyyətə cəlb edilməsi ilə Ukraynada baş verən hadisələrlə bağlı beynəlxalq təhqiqatın aparılmasının zəruriliyini vurğulayıblar. Geri dön |