Ana Sayfa > Karusel / Gündəm > Gürcüstan Prezidenti: "Ukraynalılar bəzən tərəfdaşlarından çox şey istəyirlər"

Gürcüstan Prezidenti: "Ukraynalılar bəzən tərəfdaşlarından çox şey istəyirlər"


5-05-2022, 19:35. Yazar: Admin

Gürcüstan Prezidenti: "Ukraynalılar bəzən tərəfdaşlarından çox şey istəyirlər"

“Ukraynalılar bəzən tərəfdaşlarından daha çox şey istəyirlər”.

Qarabaginfo.az xəbər verir ki, bunu Gürcüstan Prezidenti Salome Zurabişvili Almaniyanın “Deutsche Welle” telekanalına müsahibəsində deyib. Bildirib ki, ukraynalılar Gürcüstanın silah yardımı etməsini, ikinci cəbhə açmasını istəyərdilər, lakin bu mümkün deyil.

“Ukraynalılar bəzən tərəfdaşlarından daha çox şey istəyirlər, sadəcə Gürcüstandan deyil. Onların müxtəlif tərəfdaşlara qarşı sərt ifadələri olub. Bu yaxınlarda, eləcə də (ABŞ dövlət katibi Entoni) Blinken gələrkən “şokolad gətirmə, silahlar gətir” deyilmişdi. Beləliklə, bəli, onlar Gürcüstandan da silahlar qəbul etmək, Gürcüstanın ikinci cəbhə açmasını istəyərdilər. Bütün bunlar elə də mümkün deyil”, - deyə Prezident vurğulayıb.

S. Zurabişvili qeyd edib ki, hazırda Gürcüstanın iki regionu işğal altındadır və onlardan biri Rusiyaya birləşməklə bağlı referendum keçirilməsi haqqında danışır. Prezident əlavə edib ki, bütün bunları nəzərə alaraq Gürcüstan hökumətinin mövqeyi olduqca realistdir:

“Aydındır ki, biz ehtiyatlı olmalıyıq. Çünki bizim vasitələrimiz çox deyil, heç kim Gürcüstanı eyni qaydada dəstəkləməyə hazır olmayacaq. Amma bu heç bir halda bizim həmrəyliyimizin səviyyəsini dəyişdirə bilməz”.


Geri dön