Ana Sayfa > Karusel / Region > Ermənistan əhalisinin sayı azalıb
Ermənistan əhalisinin sayı azalıb5-05-2022, 17:47. Yazar: Admin |
Ermənistanın daimi əhalisinin sayı 2 300 nəfər azalıb. Qarabaginfo.az “Novosti Armeniya”ya istinadən xəbər verir ki, məlumatı Ermənistan Milli Statistika Komitəsi yayıb. Bildirilib ki, 2011-ci ilin əhalinin siyahıyaalınmasına əsasən, 2022-ci il aprelin 1-də ölkə əhalisinin sayı 2 milyon 961 600 nəfər, 2021-ci ilin uyğun dövründə bu rəqəm 2 milyon 963 900 nəfər olub. Məlumata görə, hesabat dövründə Ermənistanda şəhər əhalisinin sayı bir milyon 891 400 nəfər, o cümlədən İrəvanda bu göstərici bir milyon 93 min 200 nəfər, kənd sakinlərinin sayı isə bir milyon 70 min 200 nəfərdir. Geri dön |