Ana Sayfa > Karusel / Dünya > Bu ölkədə karantin rejimi tamamilə ləğv edildi

Bu ölkədə karantin rejimi tamamilə ləğv edildi


5-05-2022, 17:21. Yazar: Admin

 

Çexiya parlamenti ölkədə bütün karantin rejimininin aradan qaldırılması ilə bağlı qərar qəbul edib.

Qarabaginfo.az xəbər verir ki, parlamentdə COVİD-19 məhdudiyyətlərinin aradan qaldırılması ilə bağlı keçirilən səsvermədə 200 üzvdən 159-u qərarın lehinə səs verib.

Qərara əsasən, Çexiyada bütün qapalı ərazilərdə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə tələbi ləğv olunub.

Çexiyanın səhiyyə naziri Vlastimil Valek deyib ki, maska ​​taxmaq hələ də qoruyucu tədbirdir:

“COVİD-19 hələ də insanları öldürə bilər. Hamını peyvənd olunmağa dəvət edirəm”.

 


Geri dön