Ana Sayfa > Karusel / Gündəm > Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, ölən olmayıb
Azərbaycanda daha 11 nəfər COVID-19-a yoluxub, ölən olmayıb5-05-2022, 16:36. Yazar: Admin |
Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 11 yeni yoluxma faktı qeydə alınıb, 21 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Qarabaginfo.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb. Azərbaycanda indiyədək ümumilikdə 792 599 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 782 839 nəfər müalicə olunaraq sağalıb, 9 709 nəfər vəfat edib, aktiv xəstə sayı 51 nəfərdir. Ölkədə son sutka ərzində 3 903, hazırkı dövrədək isə 6 826 926 test aparılıb. Geri dön |