Ana Sayfa > Karusel / Sosial > “Nazirlər Kabineti kişilər klubudur” - Deputat
“Nazirlər Kabineti kişilər klubudur” - Deputat5-05-2022, 15:37. Yazar: Admin |
"Üç və daha çox uşağı olan qadınların pensiyaya tez çıxması niyə təmin edilmir anlamıram. Bunu gecikdirməklə nə qədər vəsaitə qənaət edirlər?"
Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib.
Parlamentin bugünkü iclasında çıxış edən deputat bildirib ki, Rusiyada 3 və daha çox uşağı olan ailələrə Moskvada 4 otaqlı ev verilir:
"Bizdə isə qadınlara münasibət, onların işlə təmin edilməsi məsələsində çatışmazlıq var. Nazirlər Kabinetinin tərkibində cəmi 1 qadın var. Bizim Nazirlər Kabineti kişilər klubudur. Əfqanıstanda da hökumətin tərkibində bir qadın var idi. Milli Məclisin özündə cəmi 2 komitənin sədri qadındır. Kişilər hər sahədə qadınları üstələyir. Mənə elə gəlir ki, ictimai siyasi həyatda qadınların rolu artırılmalıdır. Bununla biz daha sivil cəmiyyət olacağıq. Köklü dəyişikliklər baş verməlidir. Azərbaycan patriarxal orta əsr ölkəsi deyil".c Geri dön |