Ana Sayfa > Karusel / Sosial > Pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilməlidir” - Deputat

Pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilməlidir” - Deputat


5-05-2022, 15:26. Yazar: Admin

"Azərbaycanda pensiya təminatı sərtləşməyə başlayıb. Qanuna təklif edilən dəyişikliklər pensiya təminatının sərtləşməsinə yönəlib".

 

Qarabaqinfo.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli deyib. 

 

Deputat bildirib ki, məsələlərə dərindən yanaşdıqda, pensiyalarla bağlı təkcə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini günahlandırmaq düzgün deyil:

 

"Hökumətin də bu məsələlərdə iştirakını vacib hesab edirəm. Azərbaycanda demoqrafik vəziyyət göstərildiyindən tamamilə dəyişib. Ailələrin əksəriyyəti indi 1 və 2 uşaqlıdır. Beş uşaqlı ailələrin sayı çox azdır. Ona görə təklif edirəm ki, çoxuşaqlı ailə məhfumuna yenidən baxaq, pensiya güzəşti 3 uşaqlı qadınlara da aid edilməlidir".


Geri dön