Ana Sayfa > Karusel / Gündəm > Yük avtomobilləri TOQQUŞDU - Ölən var

Yük avtomobilləri TOQQUŞDU - Ölən var


5-05-2022, 10:59. Yazar: Admin

Mayın 4-də saat 19 radələrində Şəmkir şəhəri ərazisində rayon sakini T.Cəfərovun və Elsevər Muxdarovun idarə etdikləri “Ford” markalı 2 yük avtomobili toqquşub.

 

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Qarabaginfo.az-a verilən məlumatda bildirilib.

 

Nəticədə E.Muxdarov və sərnişini Asif Əliyev hadisə yerində ölüb, digər sürücü isə xəstəxanaya yerləşdirilib. 

 

Faktla bağlı Şəmkir RPŞ-də araşdırma aparılır.


Geri dön