Ana Sayfa > Karusel / Region > Bakı-Minsk reysi ilə uçan təyyarədə ölüm hadisəsi baş verib

Bakı-Minsk reysi ilə uçan təyyarədə ölüm hadisəsi baş verib


5-05-2022, 10:52. Yazar: Admin

Bakı-Minsk marşrutu üzrə həftədə 7 reys yerinə yetiriləcək | ENA.az

Bakı-Minsk reysi ilə uçan təyyarənin sərnişinlərdən biri özünü pis hiss etdiyi üçün hava gəmisi Rusiyanın Samara şəhərinin Kurumoç hava limanına məcburi eniş edib.

Qarabaginfo.az “İnterfax”a istinadən xəbər verir ki, məlumatı Rusiya regionlararası istintaq idarəsi yayıb.

Məlumata görə, təyyarə enəndən sonra həmin şəxs vəfat edib.

İlkin məlumata görə, vəfat edən sərnişin sağalmaz xəstəlikdən əziyyət çəkirmiş.

Faktla bağlı araşdırma aparılır.


Geri dön