Ana Sayfa > Karusel / Gündəm > Qarabağda itkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürülüb
Qarabağda itkin düşən 316 nəfərin ailəsindən bioloji nümunə götürülüb5-05-2022, 10:43. Yazar: Admin |
2021-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən 90-cı illərdə müharibə nəticəsində itkin düşmüş 316 nəfərin ailəsindən insan qalıqlarının gələcək identifikasiyalarına şərait yaratmaq məqsədilə 793 bioloji istinad nümunəsi götürülüb.
Qarabaqinfo.az xəbər verir ki, bu barədə Beynəlxalq Qızıl Xaç komitəsinin ötən ilki fəaliyyəti ilə bağlı keçirilən tədbirdə bildirilib.
Qeyd edilib ki, BQXK-nın neytral vasitəçi qismində iştirakı ilə 2020-ci ildə döyüşlərin getdiyi ərazilərdə insan qalıqların axtarışı və götürülməsi məqsədilə 346 əməliyyat aparılıb. Həmçinin, 347 itkin ailəsinə psixoloji-sosial dəstək verilib, 258 itkin ailəsinə maliyyə yardımı edilib. Geri dön |