Ana Sayfa > Karusel / Qarabağ > Baş Qərargah rəisi Kəlbəcərdə dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb
Baş Qərargah rəisi Kəlbəcərdə dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb5-05-2022, 10:35. Yazar: Admin |
Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Kəlbəcər rayonunda dislokasiya olunan hərbi hissələrin döyüş hazırlığını yoxlayıb. Bu barədə Qarabaginfo.az Müdafiə Nazirliyindən məlumat verilib. Baş Qərargah rəisi qoşun xidmətinin və döyüş növbətçiliyinin təşkili, eləcə də hərbi qulluqçuların sosial-məişət şəraiti ilə tanış olub. Qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılmasını təmin etmək üçün bütün lazımi şərait yaradılıb. Geri dön |