Ana Sayfa > Karusel / Hadisə > Zavodda PARTLAYIŞ - Qaynaqçı öldü

Zavodda PARTLAYIŞ - Qaynaqçı öldü


5-05-2022, 10:19. Yazar: Admin

Mayın 4-ü saat 15 radələrində Sumqayıt şəhərində yerləşən metaləritmə zavodunda qaynaqçı işləyən 1990-cı il təvəllüdlü Sərxan Hümmətovun iş yerində xəsarət alması və aldığı xəsarətlərdən xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Sumqayıt şəhər prokurorluğundan Qarabaqinfo.az-a verilən məlumatda bildirilib.


Aparılmış araşdırmalarla müəyyən edilib ki, Sərxan Hümmətov zavodda qaynaq işləri görərəkən propan qaz balonunun partlaması nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və çatdırıldığı xəstəxanada ölüb.

 

Hazırda faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.


Geri dön