Ana Sayfa > Karusel / Gündəm > Rusiya 3 günlük “sükut rejimi” elan etdi

Rusiya 3 günlük “sükut rejimi” elan etdi


5-05-2022, 01:31. Yazar: Admin

Rusiya 3 günlük “sükut rejimi” elan etdi

5, 6 və 7 may tarixlərində gündüz saatlarında Rusiya hərbçiləri Mariupoldakı “Azovstal" zavodunun ərazisindən humanitar dəhlizlər açacaq.

Qarabaginfo.az Ukrayna mediasına istinadən xəbər verir ki, bu barədə Rusiya Humanitar Tənzimləmə üzrə İdarələrarası Əlaqələndirmə Qərargahından bildirib.

“Rusiya Silahlı Qüvvələri 5, 6 və 7 may 2022-ci il tarixlərində saat 8:00-dan 18:00-a qədər (Moskva vaxtı ilə) mülki şəxslərin (işçilərin, qadınların və uşaqların) təxliyəsi üçün “Azovstal” metallurgiya zavodunun ərazisindən humanitar dəhliz açır”, - məlumatda qeyd edilir. 

Bu müddət ərzində Rusiya hərbçiləri birtərəfli qaydada hərbi əməliyyatları dayandıracaq və mülki əhalinin həm Rusiyaya, həm də Ukraynaya çıxışını təmin etmək üçün qoşunları geri çəkəcək.


Geri dön