Ana Sayfa > Karusel / Gündəm > Avropolun səlahiyyətləri artırılıb

Avropolun səlahiyyətləri artırılıb


4-05-2022, 23:32. Yazar: Admin

Avropolun ofisi

Avropa Parlamenti Avropa İttifaqı Şurasının Avropa Polis Təşkilatı – Avropolun səlahiyyətlərinin artırılmasına dair sənədini təsdiqləyib.

Qarabaginfo.az-ın “Figaro”ya istinadla xəbərinə görə, sənəddə göstərilir ki, Avropolun mütəşəkkil cinayətkarlıq və terrorla mübarizədə səlahiyyətlərinin artırılır. Bu da fundamental hüquqların və şəxsi məlumatların mühafizəsinə kömək edəcək.

Yeni normalar Avropola birbaşa olaraq özəl müəssisələrlə, xüsusən də İKT şirkətləri ilə işləmək imkanı verir. Qanunun lehinə 480, əleyhinə 143 nəfər səs verib. 20 nəfər bitərəf qalıb.


Geri dön