Ana Sayfa > Karusel / Gündəm > Ukraynalı siyasətçi: “Müharibə mayda başa çatmayacaq”

Ukraynalı siyasətçi: “Müharibə mayda başa çatmayacaq”


4-05-2022, 21:39. Yazar: Admin

Ukraynalı siyasətçi: “Müharibə mayda başa çatmayacaq”

Rusiya ilə müharibə mayda başa çatmayacaq və uzanacaq.

Qarabaginfo.az-ın UNİAN-a istinadla xəbərinə görə, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Aleksey Danilov deyib.

Danilov bildirib ki, müharibənin müddəti ilə bağlı optimist deyil və onun uzanacağını düşünür: “Əgər müharibənin “qaynar fazasından” söhbət edieriksə, bunun mayda başa çatacağı barədə optimist fikirdə deyiləm. Bu, davamedici müharibə olacaq və təəssüf ki, bizim ərazimizdə davam edəcək”.

Danilovun fikrincə, müharibənin davamlılığı Ukrayna ordusundan və xarici yardımlardan asılıdır.


Geri dön