Ana Sayfa > Karusel / Gündəm > Putin yalnız Bakıya dəyməyəcək - Səbəb

Putin yalnız Bakıya dəyməyəcək - Səbəb


4-05-2022, 20:55. Yazar: Admin

2022/05/putin-1651682303.jpg

Rusiya Prezidenti Vladimir Putin keçmiş Sovet İttifaqına aid, demək olar ki, bütün ölkələri ələ almaq istəyir, amma bu, Azərbaycana aid deyil.

Qarabaginfo.az xəbər verir ki, bunu məşhur ukraynalı jurnalist Dmitri Qordon "Ukrayna 24" kanalının efirində deyib.

Onun sözlərinə görə, Putin “Maksimum proqramı”nı həyata keçirmək niyyətindədir.

“Bura Ukrayna, Moldova, Belarus, Gürcüstan, Qazaxıstan, Baltikyanı ölkələr, Özbəkistan, Türkmənistan və Tacikistan aiddir. Qırğızıstanla Ermənistanı da bu siyahıya ala bilərəm, amma Azərbaycanı qatmayacam. Azərbaycanla çətin olar, o, Türkiyənin maraq dairəsindədir. Onun çox yaxşı ordusu, güclü silahı var. Çətin olacaq”, - o bildirib.


Geri dön