Ana Sayfa > Karusel / Gündəm > "Qəbələ" "Zirə"ni məğlub edərək 4-cü pilləyə yüksəlib
"Qəbələ" "Zirə"ni məğlub edərək 4-cü pilləyə yüksəlib4-05-2022, 19:57. Yazar: Admin |
Futbol üzrə Azərbaycan Premyer Liqasında XXV turun daha bir oyunu keçirilib. Qarabaginfo.az-ın məlumatına görə, günün ilk matçında "Zirə" "Qəbələ"ni qəbul edib. Zirə İdman Kompleksinin stadionundakı qarşılaşma əyalət təmsilçisinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Qəbələ"nin qollarını 26-cı dəqiqədə Fernan Lopes, 45-ci dəqiqədə Rafael Utziq, 81-ci dəqiqədə Omar Hani vurub. Qələbə sayəsində xallarının sayını 38-ə çatdıran "qırmızı-qaralar" 4-cü pilləyə yüksəlib. 42 xala malik "qartallar" isə üçüncü sıradadır. Qeyd edək ki, günün ikinci matçında "Sumqayıt" "Neftçi"ni qəbul edəcək. İlk oyun günündə "Şamaxı" evdə "Səbail"ə qolsuz, "Qarabağ" isə "Sabah"la 1:1 hesablı heç-heçə edib. Geri dön |